ABŞ İrandakı etirazlarla bağlı BMT-ni iclas keçirməyə ÇAĞIRDI 

Hazırda oxunan: ABŞ İrandakı etirazlarla bağlı BMT-ni iclas keçirməyə ÇAĞIRDI 

102358

ABŞ və Albaniya İranda baş verən etirazlarla əlaqədar noyabrın 2-də BMT Təhlükəsizlik Şurasının “Arria formulası” üzrə qeyri-rəsmi iclasını çağırıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin yaydığı məlumatda deyilir. 

Görüşün məqsədi İranda insan hüquqlarının pozulması ilə bağlı müstəqil beynəlxalq və etibarlı təhqiqatın aparılmasını dəstəkləmək olacaq. 

İclasda İran vətəndaş cəmiyyətinin nümayəndələri videobağlantı vasitəsilə iştirak edəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin