Norveç çevik səfərbərlik qüvvələrini aktivləşdirmək qərarı verdi

Hazırda oxunan: Norveç çevik səfərbərlik qüvvələrini aktivləşdirmək qərarı verdi

102349

Norveç hökuməti Ukraynada gərginləşən münaqişəyə cavab olaraq silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək, həmçinin tapşırıqların icrasına daha çox şəxsi heyət cəlb edərək çevik səfərbərlik qüvvələrini aktivləşdirmək qərarına gəlib.  

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.  

Məqalədə Norveçin baş naziri Jonas Gahr Storedən sitat gətirilərək qeyd edilib ki, Norveç hökumətinin Rusiyadan qorxmasına əsas yoxdur, amma bütün hallarda ehtiyatlı və diqqətli olmaq lazımdır. 

"Hazırkı vəziyyətdə hər kəsin sayıqlığını artırması vacibdir. Biz daha ayıq olmalıyıq. Son vaxtlar birbaşa döyüş hazırlığı səviyyəsinin yüksəlməsinə səbəb ola biləcək fövqəladə heç bir hadisə baş verməyib” -deyə baş nazir qeyd edib.  

Onun sözlərinə görə, Norveç hakimiyyət orqanları hadisələrin "zamanla" ümumi inkişafına görə belə bir qərar qəbul ediblər. 

"Rusiyanın digər ölkələrlə müharibə etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur, lakin gərginliyin artması bizi təhdidlərə, həmçinin kəşfiyyat əməliyyatlarına və təsir kampaniyalarına qarşı daha həssas edir", -deyə Store vurğulayıb.  

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin