Prezident Baydenin ən böyük günahı Amerikanın enerji müstəqilliyi üçün təhlükə yaratmaqdır.
Bizim.Media xəbər verir ki, bunu Respublikaçı senator Con Barrasso "Fox News"a müsahibəsində bildirib.
O, qeyd edib ki, Birləşmiş Ştatlar əvvəllər bu müstəqilliyə malik idi, lakin Ağ Evin hazırkı rəhbərinin və demokratların səyləri sayəsində indi bu müstəqillik yoxa çıxıb.
Jurnalistin "Co Baydenin həqiqətən Səudiyyə vəliəhd şahzadəsi ilə gizli sövdələşməsi olubmu və bu müqaviləni kim pozub?" sualına senator belə cavab verib:
"Bu yaxınlarda KİV-də yayılan məlumatlardan belə başa düşmək olar ki, hansısa razılaşma əldə olunub. Səudiyyəlilər neft hasilatını artırmalı idilər. Bu da nəzəri olaraq yanacağın xərclərini azaldacaqdı. Məlum oldu ki, Səudiyyə Ərəbistanının həqiqətən bizimlə deyil, Rusiya ilə sövdələşməsi var. Təsəvvür edin ki, ABŞ enerji müstəqilliyi yolunda qalarsa, enerji mənzərəsi necə dəyişəcək".
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:55 / 01.11.2022
ABŞ-ın enerji müstəqilliyi təhlükədə - Senator Baydeni günahlandırır
Hazırda oxunan: ABŞ-ın enerji müstəqilliyi təhlükədə - Senator Baydeni günahlandırır
Hazırda oxunan: ABŞ-ın enerji müstəqilliyi təhlükədə - Senator Baydeni günahlandırır
102225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.