Bu ölkə silahlarını Ukraynaya göndərməyi qadağan etdi

Hazırda oxunan: Bu ölkə silahlarını Ukraynaya göndərməyi qadağan etdi

102107

İsveçrə öz silahlarının münaqişədə iştirak edən ölkələrə verilməsini qadağan edir. 

Bizim.Media "Russia Today"a istinadən xəbər verir ki, İsveçrənin bu mesajı dolayısı ilə Almaniyaya addir.  

Səbəb isə Almaniya Müdafiə Nazirliyinin bir müddət əvvəl anbarlarda olan, içərisində İsveçrə silahlarının da olduğu silahları Ukraynaya keçirməyə hazır olduqlarına dair bəyanatı olub.

Söhbət, İsevçrə istehsalı olan və Almaniya anbarlarında qalan Gepard ZSU üçün 35 millimetrlik mərmilərdən gedir.   

Belə ki, əslində Almaniya İsveçrə tərəfinin razılığı olmadan bu sursatları üçüncü ölkələrə verməməyi öhdəsinə götürüb. Həmçinin, İsveçrənin neytral statusu, ölkənin istehsal etdiyi silahların Ukraynaya ixracını qadağan edir.  

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin