Nazir: "Yəməndə münaqişə qurbanlarının sayı 6 000 nəfəri ötüb, 15 min nəfər yaralanıb

Hazırda oxunan: Nazir: "Yəməndə münaqişə qurbanlarının sayı 6 000 nəfəri ötüb, 15 min nəfər yaralanıb

102093
Yəməndə baş vermiş münaqişədə ölənlərin sayı 6 min nəfəri ötüb, 15 min nəfər isə yaralanıb.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Sudana səfər edən Yəmənin səhiyyə naziri Naser Mühsen Baum deyib.
"Demək istəyirəm ki, Ədən, Laxc, Abyan və əd-Dali vilayətlərində yaralananların sayı 12,5 min nəfər təşkil edib. Onların əksəriyyətinə ölkə daxilində tibbi yardım edilib. Marib vilayətində və şimal-şərq cəbhəsində 2 300-dək yaralı olub. Onların çoxu Yəməndə və bizə dost ölkələrdə müalicə olunub", - nazir deyib.
Ölənlərin sayına gəldikdə, N.Baum bildirib ki, Ədəndə və yuxarıda qeyd olunan vilayətlərdə 1 008 nəfər münaqişənin qurbanı olub: "Ümumilikdə, Yəmən üzrə ölənlərin sayı 6 000 nəfəri ötüb".xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin