Lordlar palatasında Azərbaycanla bağlı MÜZAKİRƏ - 262 nəfər mina qurbanı olub

Hazırda oxunan: Lordlar palatasında Azərbaycanla bağlı MÜZAKİRƏ - 262 nəfər mina qurbanı olub

102083

Böyük Britaniya parlamentinin Lordlar palatasında Azərbaycan-Ermənistan məsələsinə dair müzakirələr təşkil edilib. 

Bizim.Media xəbər verir ki, müzakirələr zamanı Lordlar palatasının üzvləri tərəfindən Azərbaycanı dəstəkləyən fikirlər səsləndirilib. 

Lord David Evans mina partlayışları məsələsinə diqqət çəkib. O, son iki ildə partlayışların əksəriyyətinə minaların səbəb olduğunu deyib. 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində hərbçilərlə yanaşı, mülki şəxslərin də zərər çəkməsinə diqqət çəkən David Evans 262 mülki şəxsin həlak olduğunu bildirib. 

Lord David Evans Ermənistan tərəfinin itkin düşmüş kimi qeydiyyatda olan 3 890 azərbaycanlı haqqında məlumat verməsini istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin