Qarabağla bağlı üçtərəfli razılaşmaları pozan Paşinyandır – Kremlə yaxın olan mənbə

Hazırda oxunan: Qarabağla bağlı üçtərəfli razılaşmaları pozan Paşinyandır – Kremlə yaxın olan mənbə

102063

Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında bugünkü görüşün əsas mövzusu Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağda nizamlanmaya dair üçtərəfli sazişlərin həyata keçirilməsi və Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində gələcək addımların müzakirəsidir. 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlə yaxın olan “Pul N3” Telegram kanalı yazıb.

“Məşhur müqavilənin imzalanmasından iki il keçsə də, hələ də onun həyata keçirilməsi reallıqdan çox uzaqdır.

Bunun səbəblərindən biri Paşinyanın Qərb dəstəyi istiqamətində tutduğu kursdur - Nensi Pelosinin məşhur səfərindən tutmuş Makronun qalmaqallı bəyanatına, ATƏT müşahidəçilərinin öz ərazisinə dəvət olunmasına, Vaşinqton və Brüsselin nizamlama sxemlərinə qədər.
Rusiya həmişə Cənubi Qafqazda sülhün olmasında maraqlı olub və indi onun cənub sərhədləri yaxınlığında başqa gərginlik nöqtəsinə ehtiyacı yoxdur. Buna görə də bu gün İrəvandan konkret addımlar gözlənilir”, - Telegram kanalı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin