Rusiya Ukraynaya raket zərbələri endirdi –  Kiyev işıqsız qaldı - VİDEO

Hazırda oxunan: Rusiya Ukraynaya raket zərbələri endirdi –  Kiyev işıqsız qaldı - VİDEO

102059

Oktyabrın 31-i səhər saatlarında Rusiya yenidən Ukraynaya raket zərbələri endirib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı yerli KİV-lər yayıb.

Mənbə yazır ki, partlayışlar Kiyev, Xarkov, Zaporojye, Poltava və Vinnitsa və Ukraynanın digər vilayətlərində eşidilib. Bundan əvvəl ölkənin bütün ərazisində hava xəbərdarlığı elan edilib.

Beləliklə, Çerkassı vilayətində kritik infrastruktur obyekti vurulub, nəticədə bölgənin bir hissəsi işıqsız qalıb. Bu barədə Çerkassı vilayətinin rəhbəri İqor Taburets Telegram-da bildirib. Onun sözlərinə görə, təcili yardım briqadaları hadisə yerindədir.

Xarkovda ruslar kritik infrastruktur obyektini vurublar. Şəhərin meri İqor Terexov faktı təsdiq edib. 

"Xarkova iki raket atıldı. Düşmən şəhərin mühüm infrastruktur obyektini vurub", - o, Telegram-da yazıb.

Dnepropetrovsk administrasiyasının rəhbəri Valentin Rezniçenkonun sözlərinə görə, vilayətin Marqanets icmasının ərazisinə Rusiyanın “Qrad”larından 40 mərmi düşüb, nəticədə bir qadın ölüb, daha biri yaralanıb:

“Ruslar ağır artilleriya və kamikadze pilotsuz təyyarələrlə hücum ediblər. Kamenski rayonunda enerji infrastrukturu obyektinə kamikadze dronu düşüb”.

Ukrayna paytaxtının meri Vitali Kliçko Telegram-da bildirib ki, Rusiya Kiyevin kritik infrastrukturuna da zərbə vurub, nəticədə şəhərin bir hissəsi işıqsız qalıb, su təchizatında fasilələr yaranıb. Kiyev vilayətinin rəhbəri Aleksey Kulebanın sözlərinə görə, bölgədə hava hücumundan müdafiə vasitələri işləyir.

Zaporojye raket hücumuna məruz qalıb, bunun nəticəsində kritik infrastruktur obyektləri zədələnib.

Vilayətin rəhbəri Aleksandr Starux Telegram-da bildirib ki, səhər saat 8:00 radələrində düşmən Zaporojyeyə raket zərbələri endirib:

“Əvvəlcə təyyarələrdən raketlər buraxılıb. Kritik infrastruktur obyektlərinə ziyan dəyib. Buna görə də elektrik enerjisi kəsilib”.

Vinnitsa vilayətində vurulan Rusiya raketi mülki obyektlərin üzərinə düşüb. Vilayət rəhbəri Sergey Borzov dağıntıların olduğunu, ölən və ya yaralananların omadığını deyib.

Çox nadir hallarda Rusiyanın hücumlarına məruz qalan Çernovçı vilayətində Rusiyanın raket hücumları nəticəsində kritik infrastruktura ziyan dəyib. Vilayət rəhbəri Ruslan Zaparanyukun sözlərinə görə, ilk dəfə bölgənin kritik infrastrukturu hücuma məruz qalıb.

Rusiya səhər saatlarında Lvov vilayətini də vurmağa cəhd edib. 

"Düşmən raketləri Lvov vilayəti üzərində vurulub. Təfərrüatlar bildiriləcək. Hazırda sığınacaqlarda qalın", - vilayət rəhbəri Maksim Kozitski deyib.

Bizim.Media
 


 


 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin