Almaniyaya qanunsuz daxil olan 13 Azərbaycan vətəndaşı saxlanılıb

Hazırda oxunan: Almaniyaya qanunsuz daxil olan 13 Azərbaycan vətəndaşı saxlanılıb

102050

Bu ilin son altı ayı ərzində Almaniyaya qanunsuz yollarla daxil olan 13 Azərbaycan Respublikası vətəndaşı ilə bağlı qanunu tədbirlər görüləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki, bu ilin son altı ayı ərzində qonşu ölkələrdən Almaniyaya qanunsuz olaraq daxil olan 13 Azərbaycan Respublikası vətəndaşının əksəriyyəti ağır tonnajlı yük avtomobillərinin saxlanc yerlərində gizlənərək ölkəyə daxil olublar. Polis reydi zamanı saxlanılan şəxslər müvafiq miqrasiya idarələrinə təhvil veriliblər. 

Federal nazirlikdən bildirilib ki, həmin şəxslər barəsində ölkə sərhədlərini qanunsuz keçdikləri üçün tədbir görüləcək. 

Almaniyada gündəlik nəşr olunan “Bild” qəzetinin məlumatına görə, hər gün 1500-ə yaxın miqrant qanunsuz olaraq ölkəyə daxil olur. Onlar əsasən, Suriya, Əfqanıstan və Şimali Afrika respublikalarının vətəndaşlarıdır. 

Qəzet iddia edir ki, qonşu İsveçrə miqrantları Almaniyaya yönəldir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin