Çin ABŞ-ı regional sülhə təhdid sayır

Hazırda oxunan: Çin ABŞ-ı regional sülhə təhdid sayır

102039

ABŞ-ın Avstraliyada B-52 üçün baza tikmək planları silahlanma yarışına səbəb ola bilər. 

Bizim.Media "Russia Today" telekanalının saytına istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib. 

Nazirliyin sözçüsü Zhao Lijian vurğulayıb ki, ABŞ-ın bu cür hərəkətləri bölgədə gərginliyi artırır. 

"ABŞ-ın son hərəkətləri, sürətlə silahlanması regional sülh və sabitliyi kobud şəkildə pozur və həmçinin silahlanma yarışına səbəb ola bilər"- deyə Z.Lijian bildirib. 

Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın Avstraliyanın şimalında nüvə silahı daşıya bilən altı B-52 bombardmançı təyyarəsini yerləşdirməyə hazırlaşdığı bildirilmişdi. 

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin