“Mozart” gəmisində qalan üç nəfər Türkiyəyə gətirildi - FOTO

Hazırda oxunan: “Mozart” gəmisində qalan üç nəfər Türkiyəyə gətirildi - FOTO

10202

Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan “Mozart” gəmisinin üç heyət üzvü İstanbula gətirilib.

Bizim.Media “Haber Global”a istinadla məlumat verir ki, onlar türkiyəli dənizçilər Furkan Yaren, İlhan Süha Tatlıgül və Bahadır Yeşilalandır.
 

MÖVZU İLƏ BAĞLI:

Dəniz quldurlarının Fərman İsmayılovu öldürmə anı - VİDEO


Dənizçilər Qabonun paytaxtı Librevildən Türkiyə Hava Yollarına məxsus təyyarə ilə səhərə yaxın vətənlərinə çatıblar.

Xatırladaq ki, yanvarın 23-də “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Hadisə zamanı gəminin azərbaycanlı mühəndisi Fərman İsmayılov qətlə yetirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin