Türkiyədə səfərdə olan Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanda yol qəzasına düşən millət vəkili Şamil Ayrımı İstanbulda xəstəxanada ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Tvitterdə yazıb.
Nazir və diplomat türkiyəli millət vəkilinin səhhəti ilə maraqlanıblar.
Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb.
Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.
Bizim.Media
Bugün Türkiye'de ziyarette olan ?? Sağlık Bakanı Sayın Teymur Musayev ve İstanbul Başkonsolosu Nermine Mustafayeva ile beraber Azerbaycan'da trafik kazası geçiren ve tedavisi devam etmekte olan Milletvekili Şamil Ayrım'ı hastanede ziyaret ettik ve iyi dileklerimizi ilettik. pic.twitter.com/FXJQ0IkG5M
— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) October 30, 2022