Slovakiya hakimiyyəti Çexiyanı iki ölkə sərhədindəki müntəzəm yoxlamalara görə Şengen razılaşmasını pozmaqda ittiham edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın daxili işlər naziri Roman Mikulets məlumat verib.
Məlumata görə, tranzit ölkə kimi Çexiya Almaniyaya gedən miqrantların sayının artması səbəbindən sərhəddə yoxlamalar tətbiq edib:
"Sənəddə qeyd olunur ki, daxili sərhəd nəzarətinin tətbiqi sonuncu qərar olmalıdır və yalnız bütün digər imkanlar tükəndikdən sonra qəbul edilməlidir. Biz isə hesab edirik ki, bu imkanlar hələ tükənməyib".
Qeyd edək ki, Slovakiya və Çexiya arasında məsələ ilə bağlı danışıqlar davam edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:29 / 30.10.2022
Slovakiya-dan Çexiyaya İTTİHAM - Şengen razılaşmasını pozub
Hazırda oxunan: Slovakiya-dan Çexiyaya İTTİHAM - Şengen razılaşmasını pozub
Hazırda oxunan: Slovakiya-dan Çexiyaya İTTİHAM - Şengen razılaşmasını pozub
101855
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.