Rusiyanın taxıl sazişində iştirakını dayandırmaq qərarı ilə bağlı BMT Kremllə əlaqə saxlayır.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya taxıl razılaşmasından İMTİNA ETDİ
“Bütün tərəflərin mühüm humanitar təşəbbüs olan və bütün dünyada milyonlarla insanın ərzağa çıxışına müsbət təsir göstərən Qara dəniz taxıl təşəbbüsünü təhlükə altına sala biləcək istənilən hərəkətdən çəkinmək vacibdir”,-deyə Düjarrik bildirib.
Bizim.Media