"ABŞ-ın Ukrayna münaqişəsində iştirakı milli təhlükəsizlik maraqlarımıza ziddir" - Ağ Ev tənqid olundu    

Hazırda oxunan: "ABŞ-ın Ukrayna münaqişəsində iştirakı milli təhlükəsizlik maraqlarımıza ziddir" - Ağ Ev tənqid olundu    

101807

Təqaüddə olan Amerika Ordusunun polkovnik-leytenantı Daniel Davis ABŞ rəhbərliyindən Vaşinqtonun başçılıq etdiyi NATO-nun Şərqi Avropada mövcudluğunu artırmağa və Ukrayna sərhədlərinə qoşun göndərməyə niyə davam etdiyini izah etməyi tələb edib.

Bizim.Media xəbər verir ki, keçmiş zabit bu tələblə "19FortyFive"dakı yazısında çıxış edib.

Davisin sözlərinə görə, ABŞ prezidenti Co Baydenin Rusiya ilə döyüşmək üçün Ukraynaya Amerika qoşunlarını yerləşdirməmək vədinə baxmayaraq, Vaşinqton Şərqi Avropaya 100 min əsgər göndərib, Amerikanın təyyarədaşıyan gəmisi isə Adriatik dənizində təlimlər keçirir.
Polkovnik-leytenant yazısında bütün bunların nə üçün olduğunu və Ağ Ev rəhbərliyinə "Amerika xalqı niyə heç nə bilmir" deyə suallar ünvanlayıb.

Davis Amerika hakimiyyətini ictimai həyəcan təbili çaldığına görə tənqid edib və vurğulayıb ki, ABŞ-ın Ukrayna münaqişəsində iştirakı Amerikanın milli təhlükəsizlik maraqlarına ziddir və yalnız eskalasiyaya və potensial nüvə müharibəsinə gətirib çıxaracaq.

"Rusiya və Ukraynanın həmsərhəd dövlətləri arasında münaqişədə bizim milli təhlükəsizliyimizi (və ya NATO ittifaqımızın təhlükəsizliyini) təhdid edəcək heç bir şey yoxdur" deyə Davis bildirib.
Qeyd edək ki, bundan əvvəl ekspertlər bəyan etmişdi ki, ABŞ-ın Kiyevə dəstəyi Avropada enerji böhranını daha da dərinləşdirəcək.

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin