Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin Cümhuriyyət Günü ilə bağlı yaydığı təbrikində bildirib.
"99 il əvvəl Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə Türkiyə xalqını ABŞ adından təbrik edirəm.
Türkiyə ilə ABŞ arasındakı əlaqələr çox vacib əhəmiyyət kəsb edir və ölkələrimiz arasında dərin mədəni və ticarət əlaqələrinə, eləcə də NATO müttəfiqləri olaraq regional və qlobal sülhün, təhlükəsizliyin və rifahın inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimizə əsaslanır.
Rusiyanın davam edən təcavüzü fonunda Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini yüksək qiymətləndiririk. Bu əlamətdar gündə türk dostlarımızın bayramına qatılır və uzun illərə söykənən, sıx əlaqələrimizə görə minnətdarıq", - Blinken təbrikində bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:51 / 29.10.2022
"Türkiyənin Ukraynanın suverenliyinə sadiqliyini yüksək qiymətləndiririk" - Blinken
Hazırda oxunan: "Türkiyənin Ukraynanın suverenliyinə sadiqliyini yüksək qiymətləndiririk" - Blinken
Hazırda oxunan: "Türkiyənin Ukraynanın suverenliyinə sadiqliyini yüksək qiymətləndiririk" - Blinken
101749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.