Benzinlə işləyən avtomobillərin satışı dayandırılacaq

Hazırda oxunan: Benzinlə işləyən avtomobillərin satışı dayandırılacaq

101642

Avropa Parlamenti və Avropa İttifaqına üzv ölkələr 2035-ci ildən sonra Aİ-də yeni daxili yanma mühərrikli avtomobillərin (ənənəvi yanacaq növləri ilə işləyən – red.) satışını dayandırmaq barədə razılığa gəliblər. 

Bu barədə Bizim.Media xarici mətbuata istinadən xəbər verir. 

Razılaşmanın istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə işlərinin bir hissəsi kimi Aİ ölkələrinin elektrik avtomobillərinə keçidini sürətləndirəcəyi gözlənilir.

Bu razılıqdan sonra yeni qanun Aİ-yə üzv olan 27 dövlətin, Avropa Parlamentinin və Avropa Komissiyasının nümayəndələri tərəfindən təsdiq olunmalı və qəbul edilməlidir. 

Avropa İttifaqında adi yanacaqla işləyən avtomobillərin satışına qadağa Avropa Komissiyasının 2050-ci ilə qədər Aİ-də iqlimə neytral iqtisadiyyata nail olmaq planının bir hissəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin