"Qərb mediası Ukraynadakı müharibəni işıqlandırarkən həqiqətin və yalanın müəyyən edilməsində çətinlik çəkir".
Bizim.Media xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı alimlərin media mənbələrinin inandırıcılığı ilə bağlı yaydıqları araşdırma xarakterli hesabatda qeyd olunduğunu bildirib. Sözügedən araşdırmalarda alimlər vurğulayıb ki, jurnalistlər Rusiyanı “dezinformasiya və təbliğat istehsalçısı” hesab edirlər.
"İsveç mediası Ukraynadakı münaqişədə həqiqətin, yalanın harada olduğunu necə bilər?" deyə alimlərin yeni hesabatının suallarından biri də budur.
Hesabat, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın ilk altı həftəsində baş vermiş dörd mühüm hadisə ilə bağlı İsveç mediasının əsas xəbərlərindən tərtib edilib. Kanal qeyd edir ki, bu, Mariupolda doğum evinin partlaması, Ukraynada bioloji silahların olması, Buçadakı qırğın və hər iki tərəfdən itkilərin sayı barədə məlumatdır. SVT xəbər verir ki, eyni zamanda müharibədən bəhs edən məlumatlarda redaktorlar heç də həmişə öz tamaşaçılarına yazıların müəlliflərinin adlarını deməyiblər. Bu isə məlumatların doğruluğuna şübhə yaradır.
Elvira Murad
- A-
- A
- A+
Dünya
14:50 / 28.10.2022
Qərb mediası Ukrayna müharibəsində həqiqət və yalanı müəyyən etməkdə çətinlik çəkir
Hazırda oxunan: Qərb mediası Ukrayna müharibəsində həqiqət və yalanı müəyyən etməkdə çətinlik çəkir
Hazırda oxunan: Qərb mediası Ukrayna müharibəsində həqiqət və yalanı müəyyən etməkdə çətinlik çəkir
101640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.