Küçə fənərləri cinayətlər haqqında məlumat verəcək

Hazırda oxunan: Küçə fənərləri cinayətlər haqqında məlumat verəcək

101607
ABŞ-da küçə fənərlərinə quraşdırılan yeni "ShotSpotter”x9d sistemi atəş səslərini identifikasiya etməyə və onlar barədə 911 xilasetmə xidmətinə məlumat verməyə imkan verəcək. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.

Hazırda San-Dieqo və Ceksonvill şəhərlərində nəqliyyatın hərəkəti, boş parklama yerləri və hava şəraitinin monitorinqi barədə informasiya verən “ağıllı”x9d küçə işıqlandırma sistemi işə salınıb. Küçə fənərlərinin növbəti funksiyası küçə cinayətləri haqqında məlumatın verilməsi olmaqla ümumi şəhər səs-küyündə odlu silahdan açılan atəş səslərinin müəyyənləşdirilməsi olacaq. İntellektual sistem yalnız atəş səslərinə reaksiya verməklə onları fişəng və avtomobil səslərindən seçəcək.

"Qazeta.ru" yazır ki, statistik məlumatlara görə, bu gün 911 xidmətinə küçədə baş verən 10 atışma hadisəsinin yalnız biri barədə məlumat verilir. Yeni texnologiya bunu daha operativ və diqqətlə etməyə imkan verəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin