Dünyanın ən kök qadını sayılan amerikalı Katrina Rayford 230 kiloqramm arıqlayaraq Kinnesin Rekordlar Kitabındakı çəki rekordçusu titulundan məhrum olub.
Bu barədə Moderator.az Metro nəşrinə istinadən xəbər verir.
“Mən özümü daha inamlı hiss etməyə başlamışam. İndi mən qaça və həftədə 3-4 dəfə fitneslə məşğul ola bilirəm”x9d, - Florida ştatının 38 yaşlı sakini bildirib.
Amerikalı qadın ona qulluq edilməsi üçün evinin bir hissəsinin sökülməsindən sonra arıqlamağa qərar verib. Rayfordun tənəffüs sistemi ilə bağlı problemləri var idi və həkimlər onun evinə xüsusi avadanlıq quraşdırmalı idilər.xa0
Bundan sonra Rayford meyvə və tərəvəzlərdən ibarət xüsusi pəhrizə oturub və idman etməyə başlayıb. Arıqlama prosesi 12 il çəkib.






























































































