ABŞ müdafiə naziri Lloyd Ostin Birləşmiş Ştatların yeni müdafiə strategiyası barədə danışarkən Rusiyanı “kəskin təhlükə” adlandırıb.
Bizim.Media Rusiyanın "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, Pentaqon rəhbəri bu barədə ənənəvi brifinqdə bildirib.
O, strategiyanın detallarından danışarkən Çinin də adını çəkib.
Rusiyadan fərqli olaraq L.Ostin Çinin adını çəkərkən “kəskin” sözündən ehtiyatla istifadə edib:
“Rusiya uzunmüddətli perspektivdə sistematik olaraq ABŞ-a problem yarada bilməz. Lakin Rusiyanın təcavüzü bizim maraqlarımıza və dəyərlərimizə dərhal və kəskin təhlükə yaradır”.
Qeyd edək ki, daha əvvəl Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ “gərginliyi azaltmaq və yanlış hesablamalara yol verməmək” üçün Rusiya ilə əlaqə kanallarını açıq saxlamağa davam edəcək.
Bu arada Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, “Rusiya Federasiyası ABŞ-la dialoq prosesində istənilən məsələni tamamilə həll etməyə hazırdır”. Rusiya lideri qeyd edib ki, əgər ABŞ dialoqa qayıtmaq istəmirsə, deməli, bu, Rusiyaya lazım deyil.
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
Dünya
21:53 / 27.10.2022
ABŞ müdafiə naziri Rusiyanı "kəskin təhlükə" adlandırıb
Hazırda oxunan: ABŞ müdafiə naziri Rusiyanı "kəskin təhlükə" adlandırıb
Hazırda oxunan: ABŞ müdafiə naziri Rusiyanı "kəskin təhlükə" adlandırıb
101526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.