Pakistanın Baş naziri Nəvaz Şərifə sui-qəsd planı hazırlanması ilə bağlı iddialar yayılıb.
Axar.az xəbər verir ki, baş nazirin mətbuat katibi bu sui-qəsd planından xəbərdar olduqlarını və cinayətkarları tezliklə aşkara çıxaracaqlarını bildirib:
“Baş nazirimizi necə qorumaq lazım olduğunu çox yaxşı bilirik. Bu sui-qəsdi hazırlayanları qısa müddətdə həbs edəcəyik”x9d.
Pakistan Daxili İşlər Nazirliyinin mühafizə qüvvələrinə göndərdiyi məktubda Baş nazirə sui-qəsdi Hindistan kəşfiyyatının planladığı qeyd edilib.
































































































