Almaniyanın nəhəng avtomobil istehsalçısı Rusiyada müqavilə imzalayıb. Müqavilə "Mercedes-Benz" şirkətinin Rusiyadakı bütün aktivlərinin "Avtodom"a təhvil verilməsini özündə ehtiva edir.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, "Mercedes-Benz" şirkəti əslində istehsalını adıçəkilən ölkədə mart ayından dayandırıb. Bu isə Rusiyada Mercedes markalı avtomobillərin satışlarının kəskin azalmasına səbəb olub.
Belə ki, şimal qonşumuzda sentyabr ayında Mercedes markalı avtomobillərin satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72,8% azalıb.
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
Dünya
18:52 / 26.10.2022
"Mercedes-Benz" şirkəti Rusiyanı tamamilə tərk edir
Hazırda oxunan: "Mercedes-Benz" şirkəti Rusiyanı tamamilə tərk edir
Hazırda oxunan: "Mercedes-Benz" şirkəti Rusiyanı tamamilə tərk edir
101320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.