Xerson vilayətində ukraynalıların əks-hücumları niyə səngiyib?

Hazırda oxunan: Xerson vilayətində ukraynalıların əks-hücumları niyə səngiyib?

101220

Ukrayna Müdafiə Qüvvələrinin Xerson vilayətində əks-hücumu hava şəraiti ilə əlaqədar bir qədər səngiyib. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Fox News” telekanalına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, yağışlar hərbçilərin işini çətinləşdirir.

"Hava şəraiti deyəndə yağışları nəzərdə tuturam. Bu baxımdan əks-hücum bir qədər səngiyib. Amma biz yaşayış məntəqələrimizi addım-addım azad etmək taktikasından istifadə edirik. Hücumumuzu davam etdirəcəyik", - nazir bildirib. 

O, Ukrayna hərbçilərinin artıq Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsini azad etdiyini xatırladıb.

Nazir, həmçinin qeyd edib ki, Ukrayna hərbçiləri Xersonda Dnepr üzərindəki bütün körpülərə nəzarət edir, ona görə də ruslar İzyumda olduğu kimi şəhəri tərk edə bilməyəcəklər. Onun sözlərinə görə, rusların Xersonda qalıb Ukrayna Silahlı Qüvvələri ilə küçə döyüşləri aparmaq öz həyatları üçün təhlükə yaradır.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində avqustun sonunda əks hücuma keçib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin