“Raytheon Technologies” şirkəti Ukrayna üçün nəzərdə tutulmuş iki mürəkkəb NASAMS hava hücumundan müdafiə sistemini ABŞ hökumətinə təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.
Şirkətin baş direktoru Qreq Hayesin sözlərinə görə, komplekslər yaxın vaxtlarda Ukraynada yerləşdiriləcək.
“Biz iki NASAMS sistemini hökumətə təhvil vermişik. Onlar tezliklə Ukraynada yerləşdiriləcək”, - deyə o bildirib.
Norveçin “Norwegian Kongsberg” və ABŞ-ın “Raytheon” şirkətlərinin birgə istehsal etdiyi NASAMS mobil zenit-raket sistemidir. Bu hava hücumundan müdafiə sistemi aşağı və orta hündürlükdə raketləri, təyyarələri və digər hava hədəflərini tutmaq üçün nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:29 / 26.10.2022
ABŞ ilk NASAMS komplekslərini Ukraynaya göndərdi
Hazırda oxunan: ABŞ ilk NASAMS komplekslərini Ukraynaya göndərdi
Hazırda oxunan: ABŞ ilk NASAMS komplekslərini Ukraynaya göndərdi
101175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.