“Düşmənlər Rusiya iqtisadiyyatını məhv etmək, daxili siyasi sabitliyi pozmaq, bizi döyüş meydanında məğlub etmək, nəticədə əsrlik dövlətimizi əhəmiyyətli dərəcədə zəiflətmək, hətta məhv etmək məqsədi güdürlər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Patriarxlığının təşkilatçılığı ilə paytaxt Moskvada keçirilən Dünya Rus Xalqları Assambleyasının 24-cü toplantısına göndərdiyi video müraciətində bildirib.
Lavrov Qərbin Rusiyaya qarşı “hibrid müharibə” başlatdığını qeyd edib:
“Vaşinqton və onun NATO müttəfiqləri Ukraynadakı neonazilərə silah tədarükünü artırır, kəşfiyyat məlumatlarını paylaşır, Ukraynaya xarici muzdlular göndərir. Bütün bunlar onları məsələnin tərəfinə çevirir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:33 / 26.10.2022
“Qərb Rusiyaya qarşı “hibrid müharibə”yə başlayıb” – Lavrovdan HƏYƏCAN TƏBİLİ
Hazırda oxunan: “Qərb Rusiyaya qarşı “hibrid müharibə”yə başlayıb” – Lavrovdan HƏYƏCAN TƏBİLİ
Hazırda oxunan: “Qərb Rusiyaya qarşı “hibrid müharibə”yə başlayıb” – Lavrovdan HƏYƏCAN TƏBİLİ
101157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.