“WhatsApp”dakı nasazlığın SƏBƏBİ bilindi  

Hazırda oxunan: “WhatsApp”dakı nasazlığın SƏBƏBİ bilindi  

101153

“WhatsApp” messencerində bu gün baş verən nasazlıqların səbəbi məlum olub. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg“ açıqlama yayıb. 

Açıqlamada bunun “Meta” şirkəti tərəfindən buraxılan texniki səhvdən qaynaqlandığı bildirilib. 

“Biz bilirik ki, insanlar bu gün "WhatsApp"da mesaj göndərməkdə çətinlik çəkiblər. Problemi aradan qaldırdıq və yaranan narahatlığa görə üzr istəyirik. Qısamüddətli problem bizim tərəfimizdən texniki nasazlığın nəticəsi idi”, - deyə “Meta”dan bildirilib. 
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən “WhatsApp”messencerində yaranan nasazlıq dünyanın əksər ölkələrində müşahidə olunub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin