Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cənubi Afrika Respublikasının (CAR) beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin məlumatında bildirilib.
Məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, regionda və dünyada baş verən hadisələr, mövcud çağırışlarla mübarizədə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycan və CAR-ın coğrafi cəhətdən bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında bir sıra, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib, münasibətlərin daha da inkişafı üçün səy göstərilməsinin vacibliyini diqqətə çatdırıb. İkitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Bu xüsusda, Azərbaycan tərəfindən QH çərçivəsində irəli sürülən təşəbbüslərə göstərilən davamlı dəstəyə görə təşəkkür ifadə edilib.
Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi nəticəsində bölgədə yaranan yeni reallıqlar, Azərbaycanın sülh səyləri, habelə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:52 / 25.10.2022
Azərbaycan və CAR arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO
Hazırda oxunan: Azərbaycan və CAR arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO
Hazırda oxunan: Azərbaycan və CAR arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO
101121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.