Britaniya kralından daha zəngin yeni baş nazir

Hazırda oxunan: Britaniya kralından daha zəngin yeni baş nazir

101057

Ölkənin baş naziri postunu tutacaq Britaniya Xəzinədarlığının keçmiş rəhbəri Rişi Sunak ölkə kralından daha zəngindir.

Bizim.Media xəbər verir ki, bununla bağlı “New York Post” araşdırma aparıb.

Belə ki, yeni baş nazirin həyat yoldaşı Akşat Murti Hindistan texnoloji nəhəngi “Infosys”in qurucusu və keçmiş rəhbəri Narayana Murtinin varisidir. İş adamı 4,5 milyard dollar sərvəti ilə “Forbes”in dünya reytinqində 553-cü yerdədir.
Akşat atasının İT imperiyasında 430 milyon funt sterlinq (487 milyon dollar) dəyərində böyük paya sahibdir.

Sunak ailəsinin ümumi sərvəti isə təxminən 746.6 milyon funt-sterlinqdir (845.5 milyon dollar). 

Cütlüyün İngiltərədə ən azı üç evi, həmçinin Santa Monikada (Kaliforniya, ABŞ) təxminən 6 milyon dollar dəyərində daşınmaz əmlakı var.

Rişi və Akşat adətən iş günlərini Londonun qərbindəki beş otaqlı evlərində keçirir, həftəsonu isə Şimali Yorkşirə səyahət edirlər və orada qapalı hovuzu, idman zalı, yoqa studiyası, isti vanna və tennis kortu olan 400 min funt-sterlinq dəyərində malikanədə yaşayırlar. 

“The Guardian”a görə Kral III Karlı və Kraliça Consort Kamillanın sərvətinin 339 milyon dollardan 396 milyon dollara qədər olduğu təxmin edilir.
Beləliklə də, Sunak Böyük Britaniya kralından daha zəngin ilk baş nazir olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin