Paşinyandan Zatulinə STOP qadağası - Ermənipərəst rusiyalı deputat İrəvana buraxılmayacaq

Hazırda oxunan: Paşinyandan Zatulinə STOP qadağası - Ermənipərəst rusiyalı deputat İrəvana buraxılmayacaq

101055

Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin Ermənistan Respublikasına girişi qadağan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Paşinyanın ailəsinə məxsus “Aykakan Jamanak” qəzetinin saytında yer alıb.

Mənbə yazır ki, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Ermənistanda arzuolunmaz şəxs elan edilib.
Bütün erməni dünyasının hörmət etdiyi rusiyalı siyasətçinin Ermənistana girişinə qadağa qoyulmasını qəzet belə izah edib:

“Zatulin ictimai müsahibələrində dəfələrlə Paşinyan hakimiyyətini 44 günlük müharibədə məğlub olmaqda ittiham edib”.

Üstəlik, Ermənistanın daxili siyasi həyatına müdaxilə edən Zatulin Nikol Paşinyanın vəzifədən getməsinin vacibliyini dəfələrlə dilə gətirib. 

O, hətta Ermənistan hakimiyyətini Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda günahlandırıb.
 

Ermənistana son səfəri zamanı “Yerkir Media”ya verdiyi müsahibədə o, baş naziri Ermənistanın suveren ərazisindən “dəhliz” verməkdə ittiham edib. 
Yeri gəlmişkən, saytda onunla bağlı yayılan xəbərdə Köçəryanla birgə fotosu yerləşdirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin