Bir neçə gün əvvəl Baş nazir vəzifəsindən istefa verən Liz Trass bu gün Rişi Sunakı liderlik uğrunda yarışda qalib gəldiyinə görə təbrik edib.
Bizim.Media xəbər Liz Trass bununla bağlı şəxsi “Twitter” hesabında paylaşım edib.
“Rişi Sunakı Mühafizəkarlar Partiyasının lideri və növbəti baş nazirimiz təyin olunması münasibətilə təbrik edirəm. Onu tam dəstəkəyirəm”,- deyə Trass paylaşımında qeyd edib.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də istefa verdiyini bildirib. O, hökumətə 45 gün rəhbərlik edib ki, bu da Birləşmiş Krallıq tarixində ən qısa müddət hesab olunur.
Bizim.Media
Congratulations @RishiSunak on being appointed as Leader of the Conservative Party and our next Prime Minister.
— Liz Truss (@trussliz) October 24, 2022
You have my full support.