Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib.
Bizim.Media-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin aparatının yaydığı məlumatda bildirilib.
Bu gün qəbul edilən qərara əsasən, dekabrın 31-dən 6 ay müddətinə Türkiyə istehsalı olan məhsulların Ermənistana gətirilməsi qadağan olunub.
Qeyd edək ki, bununla bağlı bir müddət əvvəl qərar layihəsi hazırlanıb və ictimai müzakirəyə təqdim edilib.
Bizim.Media