İsrail İranın Suriyaya silah ötürmə infrastrukturunun 90%-ni dağıdıb

Hazırda oxunan: İsrail İranın Suriyaya silah ötürmə infrastrukturunun 90%-ni dağıdıb

100798

Son illərdə İslam Respublikasından Suriyaya silah ötürülməsi üçün infrastrukturun təxminən 90%-i İsrail ordusu tərəfindən məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Jerusalem Post” qəzetinin və İsrail rəsmilərinin verdiyi hesabatda yer alıb.

Mənbə yazır ki, 2020-ci ildən və SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin ölümündən sonra İsrail İranın Suriyadakı hərbi bazalarına çoxsaylı hücumlar həyata keçirib və bu, İslam Respublikasının uzunmüddətli planının iflasa uğramasına səbəb olub.
İsrailin təhlükəsizlik qurumlarının rəsmiləri İranın hava yolu və Qırmızı dənizdən silah qaçaqmalçılığı yoluna güclü zərbə vurduğunu bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin