Suriyada 9 İŞİD terrorçusu həbs edildi - Türkiyəyə hücum planı üzə çıxdı

Hazırda oxunan: Suriyada 9 İŞİD terrorçusu həbs edildi - Türkiyəyə hücum planı üzə çıxdı

100777

Suriyanın şimalındakı Əl-Bab rayonunda İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı bir gün əvvəl 4-ü cinayətkar təşkilatın lideri olmaqla 9 terrorçu saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) bildirib.

Məlumata əsasən, əməliyyat Türkiyənin Qaziantep vilayətinin jandarmeriya qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Bildirilib ki, terrorçular yaxın zamanlarda Əl-Bab və Türkiyəyə hücumlar etməyə hazırlaşıb.

Saxlanılanlar arasında Əbu Musxab kod adlı xüsusi təhlükəli İŞİD terrorçusunun "köməkçisi", cinayətkar təşkilatın maddi-texniki əməliyyatlarına cavabdeh olan iki silahlı və maliyyə əməliyyatlarına cavabdeh olan bir nəfər də var.
Terrorçular yerli məhkəmə tərəfindən həbs edilib. Onların ünvanlarına baxış zamanı külli miqdarda rəqəmsal material aşkar edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin