İrkutskda Su-30 təyyarəsinin sınaq uçuşu zamanı qəzaya uğraması nəticəsində iki pilot həlak olub, əhali arasında itki yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə idarəsindən məlumat verilib.
“Təyyarə şəhərdə, ikimərtəbəli evin üzərinə düşüb. Xoşbəxtlikdən həmin an evdə adam olmayıb. Bununla belə, iki ekipaj üzvü həlak olub”, - məlumatda deyilir.
Təyyarənin evin üzərinə düşməsindən sonra yanğın sahəsi 200 kvadratmetrə çatıb.
Bizim.Media