Zelenski Rusiyaya qarşı sanksiyaları təsdiqlədi

Hazırda oxunan: Zelenski Rusiyaya qarşı sanksiyaları təsdiqlədi

10065

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyadan olan hüquqi və fiziki şəxslərə qarşı fərdi sanksiyalar barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib.

Bizim.Media “RİA Novosti”yə istinadən bildirir ki, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu fərmanla qüvvəyə minmiş qərarının yerinə yetirilməsinə nəzarət qurumun katibinə həvalə edilsin”, - mətndə deyilir.

Sanksiya siyahısının özü saytda yerləşdirilməyib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarlarından biri məxfi saxlanılıb.

Sanksiyaların “effektivliyinin reallaşdırılması və monitorinqi”ni Ukrayna Nazirlər Kabineti Milli Təhlükəsizlik və Müdafiə Şurası  Ukrayna Milli Bankı ilə birlikdə təmin etməlidir.

Qeyd edək ki, Moskva ilə Kiyev arasında münasibətlər 2014-cü ildə Donbassda vətəndaş müharibəsi fonunda pisləşib.

Ukrayna hökuməti dəfələrlə Rusiya tərəfini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

2015-ci ilin yanvar ayında Ukrayna Ali Radası Rusiyanı “təcavüzkar ölkə” adlandıran bəyanat qəbul edib.

Moskva Kiyevin ittihamlarını inkar edir və onları qəbuledilməz adlandırır. Rusiya dəfələrlə bəyan edib ki, Ukrayna daxili münaqişənin tərəfi deyil və bu ölkənin siyasi və iqtisadi böhrandan çıxmasında maraqlıdır.

İltifat, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin