Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib

Hazırda oxunan: Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib

100632

Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı önündə Ermənistanın müharibə cinayətlərinə birdəfəlik son qoyulması tələbi ilə dinc aksiya keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Bildirilib ki, Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın hərbi cinayətlərinə, o cümlədən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığa, iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə qarşı törədilmiş raket hücumlarına diqqət cəlb edilib. 

Aksiyada nümayiş etdirilən fotomateriallar “Azərbaycan bütün universal dəyərlərə hörmət edir!”, “Ermənistan silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də mülki vətəndaşlarımıza qarşı misli görünməmiş qırğınlar törədib”, “Çoxsaylı müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Beynəlxalq təşkilatları müharibə cinayətləri törədən erməniləri qınamağa çağırırıq!”, “Ermənistanın təcavüzünü dayandırın!” kimi şüar və çağırışlarla müşayiət olunub. 
Qeyd edək ki, aksiyada Belçika Azərbaycanlıları Federasiyası, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndələri, Belçika və Niderlandda yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər.

Aksiyada məqsəd oktyabrın 20-21-də Brüsseldə toplaşan Avropa İttifaqı ölkələrinin liderlərinin diqqətini Ermənistanın müharibə cinayətlərinə cəlb etmək olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin