Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi İstanbuldadır.
Bizim.Media NTV-yə istinadən xəbər verir ki, onlar təyyarə ilə İstanbula aparılıblar.
14.01
Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə səfiri "Twitter"də bildirib.
"Cənab Prezident İlham Əliyev Baş Nazirimiz Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçimiz olan Oğuzhan qardaşımızı xəstəxanada ziyarət etdi. Diqqətinə görə Prezidentə təşəkkür etmək istərdik. Var olsun. Xəstələrimizin vəziyyəti yaxşıdır. Onları Türkiyəyə yola saldıq" - deyə səfir qeyd edib.
Bizim.Media
Cenab Prezident İlham Aliyev
— Cahit Bağcı (@cahitbagci) October 21, 2022
Sayın Başbakanımız Binali Yıldırım,Mlv.Şamil Ayrım beyi ve Koruma Oğuzhan kardeşimizi hastanede ziyaret etmiştir.
Yakın ilgisi ve takibi nedeniyle sayın Cumhurbaşkanına çok teşekkür ediyoruz. Varolsun.
Hastalarımızın durumu iyi.
Türkiyeye uğurladık. pic.twitter.com/I2fDqkRXNB