Xəbər verdiyimiz kimi, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrım Azərbaycanda səfərdə olarkən, Zəngilan rayonunda qəzaya düşüblər.
Qəza ilə bağlı bəzi detallar bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Binəli Yıldırım və Şamil Ayrımın qəzaya düşmələri ilə bağlı RƏSMİ AÇIQLAMA
Nəşr qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfər proqramı bitdikdən sonra maşın karvanı Zəngilan Hava Limanı istiqamətində yola çıxıb:
"Binəli Yıldırımın olduğu nəqliyyat vasitəsinin yeni yola çıxıldığı zaman ön təkəri partlayıb. Nəqliyyat vasitəsi bu səbəbdən qəzaya uğrayıb”.
Qeyd edək ki, ötən gün Binəli Yıldırım, onun mühafizəçisi Oğuzhan Dəmirçi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşmüşdü. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilmişdi.
Bizim.Media