Səudiyyə Ərəbistanın Kralı:“ Zəvvarların təhlükəsizliyini təmin etməyə hazırıq”x9d

Hazırda oxunan: Səudiyyə Ərəbistanın Kralı:“ Zəvvarların təhlükəsizliyini təmin etməyə hazırıq”x9d

100455
Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz Al Səud bəyan edib ki, onun ölkəsi Həcc ziyarətinə gələn zəvvarların təhlükəsizliyini təmin etməyə qadirdir.

“Report”x9d RİA “Novosti”x9d agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Kralı Həcc ziyarəti zamanı baş verən Mina faciəsindən sonra bəzi ölkələrin səsləndirdiyi iradlara cavab verib.

Onun sozlərinə görə, Səudiyyə Ərəbistanın ünvanına səslənən ittihamlar əsassızdır və siyasi məqsədlər güdür.

Xatırladaq ki, sentyabrın 24-də Səudiyyə Ərəbistanında, Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində rəsmi məlumata görə 769 nəfər həlak olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin