"ATƏT Azərbaycanla sərhədə missiya göndərməklə işğalçını dəstəkləyir" - Çavuşoğlu

Hazırda oxunan: "ATƏT Azərbaycanla sərhədə missiya göndərməklə işğalçını dəstəkləyir" - Çavuşoğlu

100449

Qarabağ problemi, Azərbaycanın torpaqları ATƏT-in Minsk qrupu üçlüyünün səyləri nəticəsində işğaldan azad olunmayıb. Onlar 30 il ərzində konsensusa gələ bilmədiklərini deyirdilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

O qeyd edib ki, indi də Ermənistanla Azərbaycan sərhədinə müşahidəçi göndərmək qərarı yenə işğalçını dəstəkləmək səyləridir və bu məsələdə Azərbaycanın fikri nəzərə alınmayıb. 
Nazirin sözlərinə görə, Qarabağ probleminin 30 il ərzində həll olunmaması da məhz 3 həmsədrin birtərəfli olması, işğalçını dəstəkləməsi ilə bağlı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin