Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, 12 oktyabr 2022-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı iş üzrə) ilə bağlı işdə müvəqqəti tədbirlərin alınması ilə bağlı Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə Ermənistanın tələbi ilə bağlı qərar verib.
Həmin Məhkəmənin ötən ilin dekabrındakı qərarına dəyişikliklə bağlı Ermənistan tərəfinin müraciəti 16 sentyabr 2022-ci ildə Reyestrdə qeydə alınıb:
“Məcburi qüvvəyə malik olan 12 oktyabr 2022-ci il tarixli qərarında Məhkəmə “2022-ci ilin sentyabrında tərəflər arasında baş vermiş hərbi əməliyyatlar və erməni hərbi qulluqçuların saxlanılması Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsinə əsas verən vəziyyət yaratmır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:57 / 20.10.2022
Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanın tələbinə RƏDD CAVABI
Hazırda oxunan: Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanın tələbinə RƏDD CAVABI
Hazırda oxunan: Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanın tələbinə RƏDD CAVABI
100360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.