ŞOK İDDİA: 97 nəfəri öldürən PKK-ya təlimatı o şəxs verib

Hazırda oxunan: ŞOK İDDİA: 97 nəfəri öldürən PKK-ya təlimatı o şəxs verib

100294
Ankarada baş verən və ölkə tarixinin ən qanlı terror hücumun araşdırılması üçün xüsusi qrup yaradılıb.
xa0
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qrupun əldə etdiyi ilk məlumatlar terror aktının arxasında Suriyanın kəşfiyyat təşkilatı “Əl Muhaberat”x9dın olduğunu göstərir.
xa0
İlkin qiymətləndirmələrə görə, son dövrlər PYD (PKK terror təşkilatının Suriya qanadı) ilə yaxınlaşan “Əl Muhaberat”x9d hücum üçün PKK-dan istifadə edib. İddiaya görə, Rusiyadan dəstək alaraq yenidən gücünü nümayiş etdirən Əsəd rejimi Türkiyədə 1 noyabr parlament seçkiləri öncəsi xaos yaratmaq üçün “Əl Muhaberat”x9d kəşfiyyat təşkilatına təlimat verib.
xa0
Kəşfiyyat qurumları “Əl Muhaberat”x9dın daha əvvəl Hatay vilayətinin Reyhanlı mahalında törədilən terror aktında terror təşkilatından yararlandığını bildirirlər.
xa0
Ankaradakı dəhşətli terror aktı ilə bağlı danışan Avropa Birliyi naziri Beril Dedeoğlu də terror hücumunun Türkiyənin xaricində planlaşdırıldığını söyləyib.
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin