Britaniya parlamentində Azərbaycanda mina probleminə dair tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, Böyük Britaniya parlamentində İcmalar Palatasının üzvü, Partlayıcı qurğulardan qaynaqlanan təhdidlər üzrə parlament qrupu və Azərbaycanın Londondakı Səfirliyinin birgə təşəbbüsü ilə keçirilən tədbirə parlamentarilər, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyinin rəsmiləri, ölkəmizdə minatəmizləmə fəaliyyətinə cəlb edilmiş Birləşmiş Krallığın şirkət və təşkilatlarının nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.
Böyük Britaniya parlamentində İcmalar Palatasının üzvü, Partlayış Təhlükələri üzrə Parlament Qrupunun sədri Metyu Offord çıxışında bildirib ki, Azərbaycan minatəmizləmə üzrə beynəlxalq mükəmməllik mərkəzinə çevrilmək yolundadır və Böyük Britaniya buna dəstəyi böyük rol oynayır.
O, Böyük Britaniyanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana əlavə 500.000 funt sterlinq ayırmasının çox doğru bir qərar olduğunu deyib.
Metyu Offord partlamamış hərbi sursat problemi ilə üzləşən regionlarda ciddi tədbirlər görülmədən davamlı inkişaf məqsədlərinə nail olmağın mümkün olmayacağını deyib.
“İstər inkişafın maliyyələşdirilməsi, istərsə də Britaniya sənayesinin əməkdaşlığı və innovasiyası yolu ilə, Böyük Britaniya hər zaman Azərbaycanın yanındadır. Azərbaycanda biz bir uğur hekayəsi görürük. Minalar təmizləndikcə, yeni magistrallar yollar çəkilir və ərazinin yenidən məskunlaşmasına və köçkünlərin təxminən 30 ildən sonra öz şəhərlərinə qayıtmasına kömək etmək üçün infrastruktur layihələri sürətlə inkişaf edir”, - deyə Metyu Offord bildirib.
Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın Azərbaycanın minalardan təmizlənməsində çox önəmli bir tərəfdaş olduğunu deyib. Səfir çıxışında Ermənistanın beynəlxalq öhdəliklərini yerinə gətirmədiyini, müharibə cinayətləri törətməyi davam etdiyini bildirib.
ANAMA-nın maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov bildirib ki, 10 noyabr 2020-ci ildən bəri, 219 nəfər mina partlayışları nəticəsində xəsarət alıb, 44 nəfər həyatını itirib:
"Birinci Qarabağ müharibəsindən indiyə qədər 3342 insan mina partlayışlarının qurbanı olub. Həmin insanlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmuş klaster silahlarının partlaması baş verib".
Partlayıcı Silahlar üzrə Parlament Qrupunun və "Revive" adlı partlayıcı qurğulardan zərər çəkən şəxslərə dəstək verən sosial maarifləndirmə kampaniyasının rəhbəri Naycel Elvey isə tezliklə qurupun Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib. (APA)
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:33 / 20.10.2022
Britaniya parlamentində Azərbaycanda mina problemi MÜZAKİRƏ EDİLDİ - FOTO
Hazırda oxunan: Britaniya parlamentində Azərbaycanda mina problemi MÜZAKİRƏ EDİLDİ - FOTO
Hazırda oxunan: Britaniya parlamentində Azərbaycanda mina problemi MÜZAKİRƏ EDİLDİ - FOTO
100215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.