Hülya Avşar: «Lütfən biri bizi qurtarsın artıq»

Hazırda oxunan: Hülya Avşar: «Lütfən biri bizi qurtarsın artıq»

100201
Bu gün Ankarada dəmiryol vağzalı qovşağında reallaşan və 50-yə yaxın vətəndaşın ölümünə, 120-dən artıq insanın yaralanmasına səbəb olan terror aktından sonra ölkənin tanınmış simalar sosial şəbəkədəki səhifələrində düşüncələrini yazıb paylaşıblar.

Musavat.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, məşhurların paylaşımları aşağıdakı kimidir:

Ebru Şallı: «Biz necə bir ölkədə yaşayırıq. Davamlı ocaqlar sönür, ailələr dağılır, canlar yanır, ölürük, bitirik, azalırıq”¦ Sabahı olmayan günlərə oyanırıq, gülməyə, işə, nəfəs almağa, yasamağa haqqımız qalmayıb ölkəmizdə. .. üzgünük, atəş düşdüyü yeri yandırır, 30 ölü, 126 yaralı.. davamlı, bitməyən ağrıların içindəyik. Üzgünəm, təəssüf edirəm».

Oktay Kaynarca: «Dəyişməzmi, bacara bilməzmiyik? Bu qədər çətinmi insan olmaq?»

Hülya Avşar: «Lütfən, biri bizi qurtarsın artıq!»

Esra Erol: «Ölkəmdə sülhü və dincliyi xəyal edirəm yalnız!!! Günə hər hansı birgün deyə başlayıb acı xəbəri alan, ürəyinə atəş düşən, həyatın ən böyük acısı olan ölüm xəbərini alan, ən sevdiklərinin, bəlkə övladlarının, bəlkə ana-atasının, qohumunun, ya da canından çox sevdiyi dostunun acı xəbərini alan hər kəsə səbr diləyirəm! Başımız sağ olsun».

Ebru Cündübeyoğlu: «Qara bir gün daha».

Çağla Şikel: «Həyatını itirən vətəndaşlara Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirəm»

Derya Baykal: «Ankaradakı partlamada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət və yaralılara təcili şəfalar diləyirəm»

Arzum Onan: «Necə xain, necə təhqiramiz! Mitinqin adı «Baris» idi axı! Bildigim butun qarğışları edirəm».

Mahsun Kırmızıgül: «Yazıq bu ölkəyə. Yaşanılan bu ağrıları insanlarımız haqq etmir. Terrorun hər cürəsini lənətləyirəm».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin