“Müharibənin sülhlə yekunlaşmasına töhfə verməyə hazırıq” - Ərdoğandan Zelenskiyə 

Hazırda oxunan: “Müharibənin sülhlə yekunlaşmasına töhfə verməyə hazırıq” - Ərdoğandan Zelenskiyə 

100187

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. 

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib. 

Bildirilib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib. 

Türkiyə Prezidenti danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduğunu bildirib. O, həmçinin Bartında baş verən mədən partlayışı ilə bağlı başsağlığına görə Zelenskiyə təşəkkür edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin