Ruslar internetlə Əsəd üçün döyüşçü toplayır: Könüllülər, yoxsa tamahkarlar?

Hazırda oxunan: Ruslar internetlə Əsəd üçün döyüşçü toplayır: Könüllülər, yoxsa tamahkarlar?

100181

Hazırda Ukraynanın şərqində sakitlikdir. Donbasda seperatçıların tərəfindən vuruşmaq üçün könüllülər yığan online qruplar indi onları Moskvanın Suriyada açdığı cəbhəyə göndərə bilər.


Hərçənd, Kreml Suriyada döyüşmək üçün könüllülərə çağırış etmədiyini deyir. Sorğular göstərir ki, rusların əksəriyyəti Suriyaya quru qoşunları göndərilməsinin əleyhinədir.

Amma rusiyapərəst online qruplar hələ də “VKontakte”x9d sosial şəbəkəsində Suriyaya getmək üçün könüllülər axtarırlar. “Dobrovolec.org”x9d qrupunda sentybardan Suriyaya döyüşə getmək üçün könüllülər yığılır.

2014-cü ildə yaradılan bu vebsaytın iddiasına görə, onlar ruslar və xarici vətəndaşlar, Donbas və Luhanskda döyüşə gedənlərə yardım edirlər. Sayt həmçinin üzvlərini “Rusiyanın Suriyada hərbi və siyasi iştirakını təmin etmək və regionda vəziyyətin stabilləşməsinə kömək edə bilən mühüm obyektlərin qorunmasında iştiraka çağırır.

“Dobrovolec.org”x9d tərəfindən yaradılan “VK qrup”x9dun 18 üzvü var. Onlardan yalnız 4-ü könüllü olmaq və bu barədə əlavə məlumat almaq istədiyini yazıb.

“Surqut”x9d niki ilə yazan 32 yaşlı rusiyalı "Azadlıq" radiosuna bildirib ki, o, Suriyaya getmək üçün artıq qəbul olunub və lazımi sənədlər toplayır. O deyib ki, harda olacağını dəqiq bilmir. Surqutun sözlərinə görə, o, indiyədək artıq Donbasda rusiyapərəst qüvvələrin tərəfindən bir il döyüşüb bə iki ay əvvəl qayıdıb. Rus “patriotu”x9d olan Surqut indi Suriyaya getmək istəyir: “Bu, geosiyasətdir. Əgər ölkəm müharibəyə girirsə, deməli, belə məsləhətdir. Biz yalnız ölkəmizin maraqlarını müdafiə edirik, Mən bunu bütün dünyada deməkdən qorxmuram,”x9d- deyə o, məktubunda yazır.

Surgut daha sonra yazır ki, onun kimi Donbasda döyüşənlərin çoxu Suriyaya getmək istəyirlər: “Mənim kimi ailəsi-uşağı olmayanlar daha cəsarətlidirlər”x9d. Surqut deyir ki, onun Donbasdakı missiyası bitməyib və əgər hadisələr yenidən qızışsa, yəqin komandanlıq onu yenidən geri çağıracaq.

Amma qrupda qeydiyyatdan keçən 23 yaşlı birisi bildirib ki, onun yaşı çatmadığından “Dobrovolec.org”x9d ona Suriya səfirliyinə getməyi, pasport almağı və Suriya ordusuna girməyi məsləhət görüb.

“Yandex”x9din məlumatına görə, Suriyaya könüllü adı altında avqustda 200 axtarış verilibsə, sentyabrda bu rəqəm 2400-ü ötüb.

Ukraynanın şərqindəki separatçıların keçmiş komandiri İgor Girkinisə Rusiyanın “Qovarit Moskva”x9d radiosuna müsahibəsində deyib ki, ordakı Rusiya birləşməsi Suriyanın hökumət qüvvələrindən yaradılmalıdır: “Düşünmürəm ki, onlar könüllüdürlər. Kobud desək, onlar tamahkardırlar”x9d-deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin