Ərdoğan Putinlə razılığa gəldi - Beynəlxalq qaz qovşağı yaradılır - VİDEO

Hazırda oxunan: Ərdoğan Putinlə razılığa gəldi - Beynəlxalq qaz qovşağı yaradılır - VİDEO

100116

Xəbər verdiyimiz kimi, ötən həftə Rusiya prezidenti Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Astanada görüşü olub. Ərdoğan bu gün partiyasının iclasında rusiyalı həmkarı ilə Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması mövzusunda razılığa gəldiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya dp.ru saytında yer alıb.

"İndi Avropa qarşıdan gələn qış dövründə özünü enerji ilə necə təmin edəcəyini düşünür. Allaha şükür ki, bizdə belə bir problem yoxdur. Üstəlik, cənab Putinlə son görüşümüzdə Türkiyədə qaz qovşağı yaratmaq barədə razılığa gəldik. Onun bəyan etdiyi kimi, Avropa Rusiya qazından Türkiyə vasitəsilə istifadə edə bilər”, - Türkiyə lideri bəyan edib.

Türkiyədə ticarət platforması funksiyalarına malik qaz qovşağının yaradılması ideyası Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. 

Oktyabrın 13-də Astanada Ərdoğanla görüşdə Kremlin sahibi qeyd edib ki, Moskva üçüncü ölkələrə, ilk növbədə Avropa ölkələrinə “mavi” yanacaq tədarük etmək üçün daha bir qaz nəqli sisteminin yaradılmasını nəzərdən keçirə bilər.

Ərdoğan daha sonra layihənin Türkiyədə müsbət qarşılandığını təsdiqləyib. Oktyabrın 14-də Türkiyə prezidenti deyib:

"Ümid edirik ki, bu mərkəzi ən uyğun yerdə yaradacağıq. Bizim milli paylama mərkəzimiz var, amma təbii ki, indi o, beynəlxalq paylama mərkəzi olacaq".

Rusiya prezidenti Vladimir Putin ötən həftə Avropa İttifaqına iki dəfə açıq mesaj göndərərək qaz tədarükünü bərpa etməyi təklif edib. Türkiyə bir-birindən məyus olan tərəfdaşlar arasında yeni bir halqa olmağa hazırdır.

“Şimal axını”nın bərpası ilə bağlı hələlik heç bir söhbət yoxdur. Hazırda Baltikdən Qara dənizə tədarükün ötürülməsi ideyası yaranıb. 
“Qazprom” əmin edir ki, cənub istiqamətində yeni qovşağın yaradılması “Şimal axını”nın bərpasından “daha sürətli” gedəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin