Suriya ordusu Türkiyə sərhədi yaxınlığında iki yaşayış məntəqəsini azad edib

Hazırda oxunan: Suriya ordusu Türkiyə sərhədi yaxınlığında iki yaşayış məntəqəsini azad edib

100105
Suriya ordusu könüllülərdən ibarət silahlı dəstələrin köməkliyi ilə Türkiyə sərhədindən 20 km aralıda, Latakiya əyalətinin şimalında yerləşən Kafr-Ajuz və Kafr-Delba yaşayış məntəqələrini azad edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”x9dyə  hərbi mənbə bildirib.
 
“Biz hücuma oktyabrın 10-na keçən gecə keçdik,  Kafr-Ajuz və Kafr-Delba yaşayış məntəqələrini tamamilə azad etdik, hazırda Salma şəhərin uğrunda döyüş davam edir”x9d, deyə mənbə bildirib.  
 
Qeyd edək ki, terrorçuların nəzarəti altında olan Salma şəhər tipli qəsəbə silahlıların Latakiya əyalətinin Suriya-Türkiyə sərhədi hissəsində  əsas dayaq məntəqəsi sayılır.    
 
Məlumata görə, Suriya ordusu bir neçə hündürlüklərdən  terrorçuların mövqeləri istiqamətində tanklardan və artilleriya qurğularından zərbələr endirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin