Bu ölkədə benzinlə işləyən avtomobillərin qeydiyyatı dayandırılacaq – TARİX AÇIQLANDI

Hazırda oxunan: Bu ölkədə benzinlə işləyən avtomobillərin qeydiyyatı dayandırılacaq – TARİX AÇIQLANDI

100084

Honkonqun hakimiyyət orqanları 2035-ci ilə qədər ənənəvi yanacaqla işləyən avtomobillərin qeydiyyatını dayandıracaq.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bunu Çinin xüsusi inzibati rayonunun administrasiya rəhbəri Con Li Qanunvericilik Şurasında çıxışı zamanı deyib.

“Biz “yaşıl” nəqliyyatın inkişafını təşviq edəcəyik. 2035-ci ilədək və ya daha öncə ənənəvi yanacaq və ya hibrid mühərriklə çalışan şəxsi avtomobillərin qeydiyyatını dayandıracağıq”, - deyə Con Li bildirib.
Onun sözlərinə görə, yaxın üç ildə dövlət qurumlarında elektromobillər üçün 7 minə yaxın əlavə dayanacaq yeri ayrılacaq.

Həmçinin gələn il elektrik taksilərinin, həmçinin hidrogen yanacaq elementləri ilə işləyən ikimərtəbəli avtobusların və yük avtomobillərinin sınaqdan keçirilməsi planlaşdırılır.

“2027-ci ilin sonuna qədər elektriklə çalsan 700 avtobus və 3 minə yaxın taksi istifadəyə veriləcək”, - deyə Con Li əlavə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin